"Zeynəb Xanlarova hələki namizədliyini irəli sürməyib"

Xalq artisti, deputat Zeynəb Xanlarova bu il keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün Dairə Seçki Komissiyasına müraciət etməyib. Bu barədə "Report"a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib. O bilidirib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki Komissiyasına beş nəfər müraciət edib, onlardan dördünə imza vərəqi verilib: "Amma Zeynəb Xanlarova müraciət etməyib"
Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.
Qeyd edək ki, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədliyin irəli sürülmə proseduru seçkiyə start verilən gündən-avqustun 29-dan oktyabrın 2-nə qədər davam edir. İmzatoplama kampaniyası da bu müddət ərzində aparılır. Sentyabrın 12-dən isə seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.
302 dəfə oxundu