Azərbaycanda regional TSEK-lər yaradılacaq

Azərbaycanda regional TSEK-lər yaradılacaq


Azərbaycanda fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) birləşdirilə bilər.


"APA-Economics"in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib. S. Müslümov sözlərinə görə, bu proses gələcək 5 ildən sonra baş verə bilər: "Belə ki, hər-hansı rayonda bir TSEK saxlanılmaqla, digər yaxınlıqda yerləşən TSEK-lər ona birləşdiriləcək. Beləliklə, həmin TSEK regionda yerləşən rayonların sakinlərinə də xidmət göstərəcək"

Onun sözlərinə görə, bu prosesdə ixtisar rəhbərlər şəxslər arasında baş tutacaq: "Çünki TSEK-lərdə mütəxəssislərin işi daha çoxdur. Onların ixtisar olunması işi çətinləşdirə bilər". Nazir qeyd edib ki, hazırda Azərbaycanda 38 TSEK fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...