Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu

Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu


Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. Bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: “Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”.

E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: “Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...