Avroppa İttifaqı geri çəkilir - bizim qazımıza ehtiyacları var

Avroppa İttifaqı geri çəkilir -


“Avropa Komissiyasının komissarı Avropa Parlamentində müzakirələr zamanı açıq şəkildə qeyd edib ki, Aİ Azərbaycanı vacib tərəfdaş kimi görür və bizim strateji əhəmiyyət daşıyan müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün imkanlarımız var”

GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Avropa Parlamentinin qərarı hazırda Avropa İttifaqının bir sıra paytaxtlarında öyrənilir: “Lakin biz Azərbaycanla əməkdaşlıq edə biləcəyimiz sahələri də görməyə çalışırıq. Təbii ki, bu qətnamə Azərbaycan tərəfinin böyük diqqətinə səbəb oldu, Avropa Parlamenti haqqında güclü sözlər deyildi. Lakin mən əminəm ki, gündəlikdə olan bəzi məsələləri müzakirə etmək üçün dialoqa yaxşı imkan var”.

M. Mardın sözlərinə görə, Avropa İttifaqının komissarı Maroş Şevçoviç də açıq şəkildə Azərbaycanın enerji sahəsində ən vacib tərəfdaşlardan biri olduğunu və belə qalacağını bildirib: “Cənub Qaz Dəhlizi bizim üçün prioritet olaraq qalır. Bu, o deməkdir ki, bizim enerji sahəsindəki əməkdaşlığımız Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və düşünmürəm ki, uzunmüddətli perspektivdə hər hansı dəyişiklik olsun. Biz Azərbaycanla Cənub Qaz Dəhlizi layihəsində əməkdaşlıq etməkdən çox məmnunuq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...