Ziya Məmmədovun qardaşı namizəd olacaqmı? hələ qərarsızdır

Ziya Məmmədovun qardaşı namizəd olacaqmı?


Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı sürprizlərdən biri də Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun seçkidə namizəd olub-olmaması məsələsidir.

Hakim Yeni Azərbaycan Partiyasının dünən açıqladığı namizəd siyahısında E. Məmmədovun 2010-cu ildə deputat seçildiyi 91 saylı Ucar seçki dairəsindən Hüseynov Vüsal Əfqan oğlunun namizədliyi irəli sürülüb. GUNDEMİNFO.AZ yazır ki, “Qafqazinfo”ya açıqlama verən E. Məmmədov isə hələ namizədliyini irəli sürmədiyini deyib. “Deputatlığa namizədliyimi irəli sürüb-sürməməklə bağlı hələ qərar verməmişəm”.

Xatırladaq ki, son vaxtlar hakimiyyət rəhbərliyində Məmmədovlara qarşı münasibətin dəyişməsi, Z. Məmmədovun işdən çıxarılacağı ilə bağlı informasiyalar yayılıb. Bu xəbərlər E. Məmmədovun yenidən deputat seçilməyəcəyi haqda da ehtimallara əsas verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...