YAP şeyxin qudasını niyə seçmədi? - Açıqlama

YAP şeyxin qudasını niyə seçmədi? -


YAP-ın namizəd siyahısı ətrafında müzakirələr davam edir. Diqqət çəkən məqamlardan biri də şeyx Allahşükür Paşazadənin qudası olan Hacı Qalib Salahzadənin hakim partiyanın namizəd siyahısına düşməməsidir.

YAP-ın bu qərarına münasibət bildirən Q.Salahzadə AzVision.az-a açıqlamasında partiyanın mövqeyinə hörmətlə yanaşdığını deyib. Bildirib ki, onun adı namizəd kimi irəli sürülməyibsə, deməli YAP belə məsləhət bilib. Şeyxin qudası müstəqil şəkildə namizədliyini irəli sürməyəcəyini də diqqətə çatdırıb. Qeyd edək ki, bir müddət öncə Q.Salahzadə ilə bağlı mətbuatda sensasion məlumatlar yayılmışdı. Bildirilirdi ki, deputatın Bilgəhdə yerləşən evində polis tərəfindən axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...