Ceyhun Osmanlı danışdı: "namizəd olmayacam"

Ceyhun Osmanlı danışdı:


Millət vəkili Ceyhun Osmanlı öz dairəsindən deputatlığa namizədliyini irəli sürməyəcək

GUNDEMİNFO.AZ xəbər verir ki, o bu barədə “Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, hazırda 63 saylı Sabirabad seçki dairəsindən deputatdır: “Seçicilərimə mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Bildiyiniz kimi, hakim partiya o dairədən Elçin Quliyevin namizədliyini irəli sürüb. Belə olan halda mən o dairədən namizəd olmayacam. Elçin Quliyev ziyalı bir ailənin övladıdır, partiya düzgün seçim edib. O, hökumətdə məsul vəzifədə çalışırdı. Ailəsini də, özünü də şəxsən tanıyıram. O deputat olmağa layiqdir, Elçin Quliyevə uğurlar arzulayıram”.

Millət vəkili əlavə edib ki, hazırda ona həm beynəlxalq əhəmiyyətli, həm də ölkə daxilindən iş təklifləri gəlib: “Hələ ki, qərarımı verməmişəm. Hazırda məsləhələtləşmələr davam edir. Yaxın bir neçə gün ərzində başqa dairədən namizəd olub-olmayacağım tam aydınlaşacaq”.

Deputat həmçinin deyib ki, hazırda ölkədə çox gözəl seçki əhval ruhiyyəsi var: “Amma seçkilərə qısqanclıqla yanaşan qüvvələr var. Hər bir ölkənin demokratik prosesinin əsas meyarı seçkilərdir. Hesab edirəm ki, növbəti dəfə seçkiyə qısqanclıqla yanaşan qüvvələrin arzuları ürəyində qalacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...