Müsavat da boykotun anonsunu verdi

Müsavat da boykotun anonsunu verdi


Müsavat Partiyası kampaniyanın başa çatmasına 10-12 gün qalmış seçkidə iştirak edib- etməmək məsələsini yenidən müzakirə edəcək və şəraitə uyğun olaraq qərar çıxaracaq”. Bu açıqlamanı Cebhe.info-ya Müsavat başqanının müavini Elman Fəttah verib.

Onun sözlərinə görə, Müsavat Partiyası sona qədər seçkidə iştirak etməyə çalışacaq. Ancaq partiyanın namizədləri təzyiqlərlə üzləşərsə və seçki kampaniyası şəffaf keçirilməzsə, Müsavat Partiyası geri çəkiləcək: “Müsavat Partiyasının qərarına hər hansı başqa siyasi təşkilatın qərarları təsir göstərə bilməz. Situasiya nəyi diqtə edəcəksə, Məclisdə, Divanda və partiya rəhbərliyində aparılan müzakirələrə uyğun olaraq qərar çıxarılacaq. Namizədlərin qeydiyyat mərhələsi başa çatandan sonra Məclisdə və ya Divanda müzakirə aparıb, vəziyyəti dəyərləndirəcəyik. Seçki kampaniyası zamanı namizədlərə pulsuz efir vaxtının ayrılması bizim üçün böyük önəm daşıyır. Hakimiyyətin bu məsələdə şəffaflığı təmin etməməsi bizi öz qərarımıza yenidən baxmağa vadar edə bilər. Seçki kampaniyasının gedişini izləyib, sonuna yaxın növbəti dəfə müzakirəyə çıxaracağıq”.

Müsavat təmsilçisinin sözlərinə görə, məsələ digər siyasi təşkilatlarla- REAL Hərəkatı ilə, N!DA gənclər təşkilatı ilə də müzakirə ediləcək: “Müsavat Partiyası öz namizədlər siyahısını açıqlayanda dissidentlər siyahısı elan edib. Biz nə mandat, nə də normal seçki illüziyası daşıyırıq. Biz seçkiyə mübarizə vasitəsi kimi baxırıq. Bu vasitələr tükənən kimi, seçki prosesi öz əhəmiyyətini itirəcək və biz əhəmiyyətsiz prosesdə qalmaq istəmirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...