Deputat olmaq üçün Həcci yarımçıq buraxıb Bakıya gəldi

Deputat olmaq üçün Həcci yarımçıq buraxıb Bakıya gəldi


Milli Məclisin deputatı Qalib Salahzadə dünən həcc ziyarətindən yarımçıq Bakıya dönüb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Qalib Salahzadə İstanbul aviareysi ilə Azərbaycana qayıdıb. Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. YAP 27 saylı Sabunçu ikinci dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizəd olması ilə bağlı qərar qəbul edib. Məlumatı saytımıza verən mənbə qeyd edib ki, Qalib Salahzadənin həcc ziyarətini yarımçıq qoyub Bakıya dönməsi onun yenidən deputat seçilmək arzusu ilə bağlıdır: "Hacı Qalib yenidən deputatlığa namizəd olmaq üçün danışıqlar aparmaq istəyir".

YAP icra katibinin müavini Siyavuş Novruzov isə bugünkü müahibəsində partiyanın qərarından kənar namizəd olmaq istəyənlərin üzvlükdən xaric oluncaqlarının anonsunu verib. Xatırladaq ki, Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. O, hazırda 27 saylı Sabunçu ikinci dairəsindən Milli Məclisin deputatıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...