YAP-ı dinləmədi, namizəd oldu

YAP-ı dinləmədi, namizəd oldu


Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan jurnalist Raqif Əsgərovun namizədliyi qeydə alınıb. GUNDEMİNFO.AZ Modern.az-a istinadən xəbər verir ki, "Real Press" adlı qəzetin baş redaktoru olan Raqif Nazim oğlu Əsgərov deputatlığa namiəzədliyini öz təşəbbüsü ilə irəli sürüb. O, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi üzrə qeydə alınan ilk deputatlığa namizəddir.

Maraqlıdır ki, Raqif Əsgərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Qeyd edək ki, YAP rəhbərliyi bir neçə gün öncə xəbərdarlıq edib ki, üzvlərdən kimlərsə seçkilərə partiyanın müəyyən etdiyi siyahıdan kənar, özbaşına qatılarsa, həmin şəxslər cəzalandırılacaqlar. YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında həmin YAP üzvlərinin partiya sıralarından xaric olunacağını istisna etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...