Ermənistanda müharibə veteranını döydülər - FOTO

Ermənistanda müharibə veteranını döydülər -


Dağlıq Qarabağ müharibəsinin veteranı Smbat Akopyan Ermənistan paytaxtının mərkəzində, Abovyan küçəsində döyülüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti “Aysor.am” saytının məsələ ilə bağlı sorğusunu təsdiqləyib. KİV-də yayılan məlumata görə, S.Akopyan üç naməlum şəxs tərəfindən döyülüb. Məlumata əsasən bu şəxslər onu “Ayazan” partiyasının Ermənistan Respublika partiyası binası önündə keçirdiyi etiraz aksiyasından sonra izləməyə başlayıblar.
Smbat Akopyan hazırda xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...