General Hüseynov YAP-çı həkimə qarşı FOTO

General Hüseynov YAP-çı həkimə qarşı


59 saylı Salyan seçki dairəsinin bu gün keçirilən iclasında deputatlığa namizədlər qeydə alınıb. Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, noyabrın 1-nə təyin olunan növbəti seçkilərdə iştirak etmək üçün Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, deputat Əlağa Hüseynov və namizədliyi YAP siyahısı üzrə irəli sürülmüş həkim-travmotoloq İlqar Ağabəyov ilk namizədlər kimi qeydə alınıblar.

Xatırladaq ki, 59 saylı Salyan seçki dairəsi üzrə daha 4 nəfər namizədliyini irəli sürüb. Bunlar Müsavat Partiyasının Divan üzvü Valeh Hümmətoğlu, 2001-2004-cü illərdə Salyanın icra başçısı işləmiş Yusif Ələkbərov, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı və VHP-ni təmsil edən jurnalist Ramal Hüseynovdur.


General Hüseynov YAP-çı həkimə qarşı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...