Tahir Kərimli Ağsudan deputatlığa namizəd oldu

Tahir Kərimli Ağsudan deputatlığa namizəd oldu


Vəhdət Partiyasının sədri Tahir Kərimli də builki parlament seçkilərində iştirak edəcək. Modern.az saytının xəbərinə görə, Tahir Kərimli artıq deputatlığa namizəd kimi qeydə alınıb. Belə ki, onun deputatlığa namizədliyini 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyası rəsmiləşdirib.

Tahir Kərimli 1956-cı ildə Ağsu şəhərində doğulub. 1983-cü ildə ADU-nun Hüquq fakültəsini bitirib. AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri postunu tutub. Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verənlərdən olub. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb. 1990-95-ci illərdə Ali Sovetin deputatı olub. 1998-ci ildən Vəhdət Partiyasının sədridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...