Keçmiş icra başçısı YAP-dan çıxarılacaq

Xəbər verdiyimiz kimi, Milli Məclisə keçiriləcək seçkilərdə Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov da 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. Hazırda “Salyan çörək” ASC-nin direktoru vəzifəsində çalışır. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Halbuki YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görmüşdü. Əks halda onların cəzalandırılacağı və YAP sıralarından uzaqlaşdırılacağı barədə xəbərdarlıq edilmişdi.
Virtualaz.org saytının Şirvan bürosu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılovun baş verənlərə münasibətini öyrənib. R.Cəbrayılov bildirdi ki, YAP üzvü olan Yusif Ələkbərovla şifahi söhbət aparılıb və partiyanın siyahısından kənar namizəd olmasının məsləhət olmaması tövsiyə olunub: “Amma o, bu tövsiyələrə əməl etmədi. Ona görə də yaxın günlərdə YAP-ın Salyan rayon təşkilatının şura yığıncağında onun partiya məsuliyyəti məsələsinə baxılacaq. Çox güman ki, partiyadan xaric olunacaq”.
Virtualaz.org
* * *11:46
Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.
Modern.az xəbər verir ki, Yusif Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq, YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.
Yusif Ələkbərov hazırda “Salyan çörək" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib.
Onu da qeyd edək ki, YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.
389 dəfə oxundu