İnsultdan əziyyət çəkən Ramiz Əzizbəyli yeni filmdə: “Baş roldayam”

İnsultdan əziyyət çəkən Ramiz Əzizbəyli yeni filmdə:


Xalq artisti Ramiz Əzizbəyli yeni filmə dəvət alıb.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, tanınmış kinorejissor Oqtay Mirqasımovun filmində baş rollardan birinə dəvət gəlib: “Mən də qəbul etdim. Filmin çəkilişlərinin nə vaxt başlanağacağını deyə bilmərəm. Onu rejissor təyin edir”. R.Əzizbəyli yerli seriallarda çəkilməməsinə də münasibət bildirib. O, bu gün istehsal olunan seriallarda rol almaqdansa, illərlə evdə oturmağın üstün olduğunu vurğulayıb: “Mən seriallara çəkilmirəm. Nə də bundan sonra çəkilməyəcəyəm. İndiki seriallarda aktyor kimi rol almaq mənasızdır. Mən o serialların heç birini bəyənmirəm. Seriallarda kişi aktyorlar gözdən düşür. Baxırsan, utanırsan kişilər şitlik edirlər”.

Xatırladaq ki, Ramiz Əzizbəyli iki ildən yuxarıdır ki, insult xəstəliyindən əziyyət çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...