Jirinovski Qorbaçovu məhkəməyə verdi

Jirinovski Qorbaçovu məhkəməyə verdi

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu məhkəməyə verib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin qeydə aldığı iddia ərizəsi şərəf və ləyaqətin alçaldılması kateqoriyasına daxildir.

“Moskovskiy Komsomolets” qəzetinin məlumatına görə, Jirinovskinin sovet liderini məhkəməyə verməsinə səbəb Qorbaçovun “Kremldən Sonra” kitabında onun haqqında yazdıqları olub. Kitabda təhqir olunduğunu iddia edən Jirinovski 1 milyon rubl təzminat tələb edir. Xatırladaq ki, “Kremldən Sonra” kitabı 2014-cü ildə çap olunub. Qorbaçov kitabrında SSRİ-nin dağılmasından keçən 20 ili şərh edir və bir neçə yerdə Jirinovski barədə fikirlərini bölüşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...