Kibrit bizdə niyə bahadır?

2015-ci ildə Belarusda kibritin ixrac qiyməti 40-50% düşüb. Amma Azərbaycanda 10 qutu kibrit 0,20 manata satılır.
Belarus statistika qurumunun (http://goo.gl/X85eW5) məlumatına görə, may-iyulda bu ölkədən Azərbaycana 511 ton kibrit ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 34,3% azdır. Bir ton məhsul $884-a satılıb, deyə Belarus statistika qurumu bildirir. 2014-cü ilin 7 ayında Azərbaycanda 1 ton kibritin orta ixrac qiyməti $1 250,7 olub. Maraqlıdır ki, bu il Azərbaycan gömrüyündə Belarus kibritinin tonu 1029$/t-dan sənədləşdirilib. Halbuki 2014-cü ilin I yarısında bəyannamə qiyməti 160$/t idi.
Gömrük Komitəsinin (http://goo.gl/ZXf6HD) məlumatına görə, bu ilin I yarısında Belarusdan 357,6 ton kibrit idxal edilib, bu, ötən ilin eyni dövründəkindən 35,5% azdır. Yanvar-iyunda Azərbaycana 762,6 ton kibrit idxal olunub. İdxal 10,5% azalıb. Azərbaycan sərhədinə qədər kibrit idxalının rəsmi xərcləri $888,3 min olub. Bu, ötən ilin eyni dövründəkindən 4 dəfə çoxdur.Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana kibrit Rusiya (372,1 ton, $450,1 min), İran (15,49 ton, $14,79 min), Hindistan (16,8 ton, $24 min), Türkiyə (0,2 ton, $9,51 min), Ukrayna (0,19 ton, $16 min) və Serbiyadan (0,17 ton, $5,63 min) idxal edilir.
328 dəfə oxundu