“FINCA Azerbaijan” da böhran - filialları bağlanır

“FINCA Azerbaijan” da böhran -


Azərbaycanda banklarla yanaşı bank olmayan kredit təşkilatları (BOKT) da bəzi filiallarını bağlamaq barədə düşünür. Bunlardan biri “FINCA Azerbaijan”dır. Qurumdan fins.az-a verilən məlumatda bildirilir ki, bu ilin fevral ayında baş vermiş devalvasiyadan sonra müştərilərin sayında azalma var. Buna görə də, filialların yenidən qiymətləndirməsi aparılır.

Bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsi bağlana və gələcəkdə bu gün xidmət göstərilməyən digər rayonlarda yeni ofislər açıla bilər.

“Bizim hazırki iqtisadi çətinliklər dövründən daha fokuslu, daha rəqabətli şirkət kimi çıxa biləcəyimizə və Azərbaycan ərazisində hədəf müştəri seqmentinə xidmət göstərən dayanıqlı şirkət olacağımıza əminəm. Ən vacibi isə biz müştərilərə mükəmməl təcrübə yaşatmaq üçün daha güclü mövqedə olacayıq ki, bu da bizim bu gün və gələcək üçün məqsədimizdir”,- deyə “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...