Yardımlılıar Musa Qasımlını boykot edirlər

Yardımlılıar Musa Qasımlını boykot edirlər


Seçicilər səsvermə zamanı bülletenlərdə Musa Qasımlını söyəcəklərini bildirirlər. 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlının bir neçə kəndində boykotla üz-üzədir. Qeyd edək ki, Yardımlının bir sıra kəndlərində Sabir Rüstəmxanlının əvəzinə 72 saylı dairədən deputatlığa namizəd olan Musa Qasımlıya qarşı qarapiar başladılıb.

Yardımlıdan daxil olan məlumata görə Yardımlının Hamarkənd, Şəfəqli, Honuba, Telavar, Horavar kəndlərində Musa Qasımlıya qarşı ciddi antitəbliğat başlayıb. Qəribədir ki, mənbə iddia edir ki, bu antitəbliğatı heç kim təşkil etməyib. Sadəcə yarıdımlılılar Sabir Rüstəmxanlının yerinə heç bir zaman Yardımlıda olmayan və Yardımlıya heç bir tellə bağlı olmayan Musa Qasımlının namizəd olması rayon sakinlərini, xüsusən də Sabir Rüstəmxanlının doğma kəndinin sakinlərin qəzəbləndirib. Son günlər isə Sırıq,Urakəran, Osnakəran, Qaraqaya, Perinbel, Ənzov kəndlərində də Musa Qasımlıya qarşı panton antitəbltğat güclənməkdədir.

Mənbə bildirir ki, hazırda Musa Qasımlı yerli sakinlərin arasında lağ hədəfinə çevrilib. Bəzi kəndlilər inəklərinə «Musa» adı qoyur, bəziləri isə Musa Qasımlının necə yardımlılı olması barədə lətifələr uydururlar. Hətta bəzi kəndlərdə cammat bildirir ki, onlar kütləvi şəkildə seçkiyə gedəcək və bülletenlərdə Musa Qasımlıya söyüş yazacaqlar.

Qeyd edək ki, məsələ ilə bağlı Musa Qasımlının fikrini öyrənməyə cəhd etsək də, zəngimizə cavab verən olmadı. Məsələ diqqətimizdədir və 72 saylı Yardımlı-Masallı seçki dairəsində yaranmış vəziyyətlə bağlı oxucularımızı məlumatlandırmağa davam edəcəyik.(Azerinfo.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...