Xocalı qatili olan deputatın şok biznesi – Video

Xocalı qatili olan deputatın şok biznesi –


Ermənistan parlamentinin deputatı, “Yerkrapa” Qarabağ müharibəsi veteranları birliyinin sədri Manvel Qriqoryanın Ermənistanın Aramavir əyalətinin Arşaluys kəndində sahibkar və ya istifadəçi adı ilə 35 adda daşınmaz əmlakı üzə çıxıb.


Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Qriqoryana məxsus torpaq sahələri, villalar, zavodlar, benzin və qazdoldurma stansiyaları, istirahət yerləri, restoran, sauna, cıdır meydanı, onlarla hektar üzüm və ərik bağları, istixana təsərrüfatı, bazar, mal-qara fermaları, ot sahələri, buğda tarlalarının daxil olduğu daşınmaz əmlak başqa şəxlərin adı ilə qeydiyyatdadır. Məlumata görə, “Ara və Aytsemnik” şirkəti (Manvel Qriqoryanın nəvələrinin adını daşıyır) tikinti işləri ilə məşğul olur, Arşaluys kəndində məişət evi və poçt binası özəlləşdirilib, kəndin keçmiş ambulator tibb məntəqəsi kimi fəaliyyət göstərən bina isə hazırda generalın “Ara və Aytsemnik” şirkətinin ofisinə çevrilib, hətta yeganə bağça da deputat tərəfindən özəlləşdirilərək yerində qazma işləri aparılır.

Bundan başqa Ayqr gölünün (Aqna gölü) bir hissəsində istirahət mərkəzinin də Manvel Qriqoryana aid olduğu bildirilir. Gölün ərazidə istirahət guşəsi yaradan general Qriqoryan qonşu Zartonk kəndindəki dövlət qoruğunda da qanunsuz təsərrüfat obyektləri tikdirib. Mənbə qeyd edir ki, Manvel Qriqoryan yalnız doğulduğu Arşaluys kəndini inhisara almayıb, onun oğlu, Eçmiədzinin meri Karen Qriqoryan şəhərin yaxınlığında 2 mərtəbəli malikanə tikdirib.

Digər oğlu Arman Qriqoryan isə Eçmizədzin-İrəvan marşrutu ilə hərəkət edən bütün taksi xidmətlərinə nəzarət edir. Arman Qriqoryan hər gün həmin 50 taksidən günəmuzd toplayır. Manvel Qriqoryanın Eçmiədzindəki digər mülklərinə gəldikdə isə, hətta şəhərdəki paltar dükanları, yarmarkalar və bazarlar ona məxsusdur. Xüsusilə Eçmiədzində pələnglərin mühafizə etdiyi malikanə məşhurdur. Qeyd edək ki, Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, prezident Serj Sərkisyanın dəstəyi ilə 1990-cı illərdən sonra sərhədsiz biznes imkanları qazanan hərbi xuntanın nümayəndəsidir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...