Pambıqçılıq dərin bir böhran içində

2015-ci ildə Azərbaycanda pambığın satınlama qiyməti 10% ucuzlaşıb. Pambıqtəmizləmə zavodları (PTZ) bunu dünyada pambığın ucuzlaşması ilə izah edirlər. Pambığın kütləvi yığımına sentyabrın əvvəlində başlanılıb. Bu il 18,8 min ha sahədə pambıq əkilib. Bu, ən aşağı göstəricidir. 2014-cü illə müqayisədə pambıq plantasiyaları 18% azalıb.
Pambıq əkini azaldığı üçün PTZ-lərin çox fəaliyyətini dayandırıb. Məsələn, “MKT İstehsalat Kommersiya” MMC-nin 14 zavodundan yalnız 6-ı pambıq qəbul edəcək. Bir ton pambıq 330-380 manata alınacaq, deyə şirkət məlumat verib. Bu ilin 6 ayında Azərbaycan orta hesabla 1700$/t-a 3 min ton pambıq lifi ixrac edib. Ötən il orta ixrac qiyməti 2100$/t olub.
Azərbaycanda pambıqçılıq vaxtaşırı qeyri-rentabelli olur. 2013-cü ildən o, çox ziyanlı olub. Dövlətstatkomda Turan-a bildiriblər ki, fermerlər 1 ton pambığı 402,7 manata satıb. İstehsal xərcləri isə 515,1 manat olub. 2014-cü ildə xərclər 690,5 manat, 1 ton pambıq 433,6 manat. Bu il də istisna olmayacaq. Əkin sahələri azaldığı üçün xərclər də artır. 2014-cü ildə Azərbaycanda 40 min 970 ton pambıq yığılıb. Bu, 2013-cü ildəkindən 9,3% azdır.
1082 dəfə oxundu