Elza Seyidcahan 10 min imza topladı

Elza Seyidcahan 10 min imza topladı


Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil verib. Bu açıqlamanı ekskuliziv olaraq Cebhe.info-ya müğənninin özü verib. O, imzatoplama komissiyasının çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib.

Ona görə də Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10 050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”. Xatırladaq ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...