OPEK-in həbs edilən prezidenti zaminə buraxıldı

OPEK-in həbs edilən prezidenti zaminə buraxıldı


Londonda həbs edilmiş Nigeriyanın sabiq neft naziri və OPEK-in cari prezidenti Derzani Alison-Maduekeni zaminə buraxıblar. Bu barədə Nigeriyanın "Daily Post" qəzeti yazıb. O, oktyabrın 5-də Vestminsterdə Çarinq-Krossda yerləşən polis bölməsinə dindirilməyə gəlməlidir. OPEK prezidentinin Nigeriya paytaxtı Abudcada olan evi möhürlənib. Derzani Alison-Madueke yerli iqtisadi və maliyyə cinayətləri üzrə komissiya qarşısına çıxmalıdır.

Daha öncə KİV OPEK prezidentinin Londonda rüşvətxorluq və çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs olunduğunu xəbər vermişdi. Nigeriyan keçmiş neft naziri, hazırda OPEK prezidenti olan Diezani Allison-Madueke Londonda saxlanılıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib. Xəbərə görə, OPEK prezidentinin nədə ittiham olunduğu məlum deyil. Nigeriya KİV-ləri Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib.

Amma Britaniya polisi də faktı təsdiq etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...