Müəllimlərin maaşları artırılacaq
“Bu ilin sonuna kimi Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabadın təhsil müəssisələrində keçiriləcək:
“Hazırda texniki məsələlər müzakirə olunur ki, qiymətləndirmə birinci hansı şəhərdə keçirilsin. Diaqnostik qiymətləndirmə ümumilikdə 35-40 min müəllimi əhatə edəcək.
O, qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə üzrə 3462 vakant yer çıxarılıb:
“24 mindən artıq adam sənəd verib ki onlardan 19 minə yaxını imtahanda iştirak edib. 2618 nəfər isə işə qəbul edilib. Bu il biz eyni zamanda daimi işə qəbuldan əlavə müvəqqəti əsaslarla işə qəbulu da keçirdik ki, bunlarında sayı 450-ə yaxın idi. Eyni zamanda vurğulamaq istərdim ki, müəllimlərin işə qəbulu zamanı kişi cinsin nümayəndələrinin marağı artıb və bu tendensiya müsbət dinamika ilə inkişaf edir. Həm də müəllimlik ixtisasını seçən abituriyentlərin arasında da oğlanların sayında artım var”.
406 dəfə oxundu