Qaçqınlara tikilən evi satmaq istədilər, amma...

Qaçqınlara tikilən evi satmaq istədilər, amma...


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseyniv və Hüseyn Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə edtiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd etsələr də verdikləri sözü tutmayaraq dələduzluq ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...