Tahir Kərimlinin namizədliyi qeydə alındı

Tahir Kərimlinin namizədliyi qeydə alındı


Vəhdət Partiyasının sədri Tahir Kərimlinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Bu barədə məlumatı AzNews.az-a 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin aparıcı məsləhətçisi Seymur Quliyev verib. O, Tahir Kərimlinin namizədliyinin artıq qeydə alındığını bildirib. Qeyd edək ki, Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Əlyunis Mütəllimovun namizədliyini verib. Hazırda isə həmin dairənin deputatı Ərəstun Cavadovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...