Ucar sakinləri aclıq aksiyasına başladılar - bir məmurun harınlığından bezdilər
Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon sakinləri aclıq aksiyası keçirməyə hazırlaşırıq. Bu barədə GUNDEMİNFO.AZ -a daxil olan müraciətdə bildirilir. Daha sonra müraciət edən vətəndaşlar yazırlar:
- Belə ki, üç illik fəaliyyəti dövründə Gülhan Zülfüqarovun qanunsuz əməlləri nəticəsində rayon ərazisində elektrik enerjisinin verilməsində uzun fasilələr yaranmış elektirik enerjisinə həsrət qalmışıq. Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur. Gücü çox zəif olan elektirik enerjisindən istifadə etmək mümkün deyil ki, bundan da rayon sakinlərini çox əziyyət çəkirlər. Gülhan Zülfüqarovun planına əsasən şəbəkənin əməkdaşları elekrik sayğaclarına müdaxilə edib rayon sakinlərinin cibini soyurlar. Rayon ərazisində hələ də qədimdən qalma çoxlu sayda taxta elektirik dirəkləri var ki, bunlar aşmaq üzrədir ki, nəticədə insanların həyatı ciddi təhlükə qarşısındadır.
Belə saxtakarlıqlarla məşğul olan Ucar rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarov özünə doğulduğu Ağsu rayonunda möhtəşəm villalar tikdirmiş, bahalı avtomobillər almış, böyük ticarət obyektləri əldə edib kommersiya fəaliyyəti ilə də məşğul olur. Həmin ticarət obyektlərində dövlətin Ucar rayonunda elektirik enerjisinin təmin edilməsi üçün ayırdığı avadanlıqlar da satdırılır.
Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon sakinləri etiraz olaraq aclıq aksiyasına başlamağa qərar vermişik.Gülhan Zülfüqarov öz qanunsuz əməllərini belə sığortalayır ki, Azərişıq ASC-nin sədri cənab Baba Rzayev məndən razıdır ki, mənə də bu lazımdır.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Azərişıq ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik korrupsaiya əməlləri ilə məşğul olan Ucar Rayon Elektirik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun qanunsuz əmələrini araşdırıb barəsində qnunu tədbirlər görəsiniz.
1) Purqafari Azər Ələsgər oğlu
2) Hüseynov Zaur Rasim oğlu
3) Adgözəlov Nurulla Ağaismayıl oğlu
601 dəfə oxundu