Türkiyədə Gülən mediasına basqın olsa Bakıda "Xəzər" TV canlı yayımlayacaq

Türkiyədə Gülən mediasına basqın olsa


Türkiyədə Fətullah Gülənin Hizmət hərəkatına (hazırda bu təriqət Türkiyə hakimiyyəti üçün Fətullah Gülənin Terror Təşkilatı-FETÖ olaraq tanınır) bağlı “Zaman” qəzetinin redaksiyası basqın gözləyir. Virtualaz.org saytı xəbər verir ki, bu haqda Türkiyənin “Aksam” qəzeti yazıb. Hökumətə yaxın qəzetin yazdığına görə, hazırda “Zaman” qəzetinin redaksiyasında fövqəladə rejim tətbiq olunub. Redaksiya əməkdaşları öz aralarında səs dəyişdirən proqramla danışır, kompüterlərin sərt diskləri sökülüb və əməliyyatlar fleş-kartlarla aparılır.

Fətullah Gülən hərəkatının əsas media orqanı hər an polis basqınının olacağını gözləyir. Ehtimal olunan polis basqınına qarşı redaksiya binasının içində və çölündə quraşdırılan kameraların sayı artırılıb. Canlı yayım maşını hazır vəziyyətdə “Zaman”ın mərkəz binasının qarşısında gözləyir. Həmçinin basqın zamanı qaldırılacaq və üzərində söz azadlığına yönələn çağırışlar əks olunan plakatlar dərc etdirilib.

“Zaman” qəzetinin rəhbərliyi həmçinin basqın zamanı bütün dünyaya redaksiyadan canlı yayım həyata keçirmək üçün Azərbaycandakı “Xəzər TV” ilə anlaşıb. Xatırladaq ki, “Xəzər TV” Fətullah Gülənin “Samanyolu TV” kanalının tezliyində və bazasında yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...