Daha bir qurum Hacı İbrahimi məhkəməyə verdi

Daha bir qurum Hacı İbrahimi məhkəməyə verdi


“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta" konserni Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib.

ASC borcun qaytarılması barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır. İddiaya 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Avesta” konserninin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta” konserni çoxmərtəbəli yaşayış binaların və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən “Bakı Mexanikləşdirmə” şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir ("Report").



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...