Azərbaycanda yüz milyonluq yeyinti ilə bağlı şok faktlar

Azərbaycanda yüz milyonluq yeyinti ilə bağlı


Dövlətə qarşı maxinasiyalarda nazirlərindən birinin də barmağı varmış.
Anaxeber.com bir müddət əvvəl dərc etdiyi “Keçmiş rəisin yüz milyonluq yeyintisi üzə çıxdı” başlıqlı məqalə ilə bağlı yeni faktlar əldə edib.

Xatırladaq ki, həmin məqalədə əvvəllər “Azəryolservis”də rəis olduğu müddətdə dövlət əmlakını talamaqla məşğul olan indiki Dəmir Yolu İdarəsinin rəhbəri Cavid Qurbanovdan gedirdi. Məlumatlı mənbənin bildirdiyinə görə, sədr olduğu vaxtda yollara çəkilən asfaltın yarısını oğurlamaqla, Qurbanov dövlət büdcəsində bəlkə də 1 milyard manata yaxın zərər vurub. Lakin dövlətdən bu qədər pulun alınması, yol layihələrinə yatırılması məqsədilə büdcədən külli miqdarda vəsaitin çıxarılması Cavid Qurbanov kimi bir adam üçün çox müşkül məsələdir, əgər yuxarıda öz adamı olmasa.

Anaxeber.com-a məsələ ilə bağlı özəl faktlar daxil olub.Mənbəmiz bildirir ki, külli miqdarda dövlət vəsaitinin yol çəkilişinə ayrılması, oğurlanması işində mühüm rollardan birini oynayan da ölkənin ən böyük xəzinədarı, bütün dövlət layihələrinə pulların ayrılması ilə məşğul olan maliyyə naziri Samir Şərifovdur.
Samir Şərifov dövlət malından atası Rauf kişinin malı kimi istifadə edir. Düşünməyin ki, nazir pulları bəyəndiyi adamlara elə-belə, quru sağola görə ayırmır. Ortada gizli faktlar, gizli mexanizmlər var.

Mənbə bildirir ki, illər ərzində ölkənin bütün əsas yollarını çəkmiş “Azəryolservis” dövlət qurumları arasında ən yağlı tikə, büdcədən ən çox pul ayrılan sahə olub.
Məlumata görə, bu işdə nazir Samir Şərifov və rəis Cavid Qurbanov arasında əldə olunmuş razılaşma mühüm rol oynayıb.Əsas prinsip isə belədir – mən sənə, sən mənə. Növbəti yol çəkilişi layihəsi, daha doğrusu növbəti varlanmaq mənbəyi üçün pul axtaran Cavid Qurbanov nazirə üz tutub. Nazir isə əl əli yuyar, əl də üzü deyərək, veriləcək puldan “otkat” tələb edib. Əvvəlcə Samir Şərifov yol üçün ayrılan vəsaitin 50%-nin onun hesabına keçirilməsini tələb etsə də, sonradan Cavid Qurbanov onu yola gətirə bilib və tərəflər nazirin 20% pay alması barədə razılıq əldə ediblər.

Sxem isə bu cür işləyib: büdcədən yol çəkilişi üçün 100 milyon pul alan keçmiş “Azəryolservis” şefi dərhal bu vəsaitin 20 faizini Samir Şərifovun xaricdəki hesablarına otuzdurub. Yol çəkilişində asfaltdan oğurlanan hər manatın 20 qəpiyi nazirin cibinə axıb. Deyilənlərə görə, hətta iş o yerə çatıbmış ki, Cavid Qurbanov nazirə əvvəlcədən pay təklif edirmiş – büdcədən pul ayrılmamış nazirin payını ona verərək, dövlətin pulunu bütöv alırmış.Bildirilir ki, dövlətin məsul qurumlarının bu sahədə başladığı araşdırmalardan sonra, yol təsərrüfatı sahəsindəki yeyintilərdən sonra kürsüsü laxlayanlardan biri də məhz Samir Şərifovdur.

Dövlətin gəlirlərinin azaldığı bir vaxtda ondan oğurladığı pullarının qaytarılmasının tələb olunacağı da yayılan iddialar arasındadır.“Azəryolservis”in keçmiş rəhbərinin daha bir maxinasiyası isə yol çəkilişi zamanı əhaliyə veriləcək kompensiyasiyalarla bağlı olub. Belə ki, əmlakı yol çəkiləcək əraziyə düşən vətəndaşlara verilmək üçün dövlət külli-miqdarda vəsait ayırıb.

Ölkə rəhbərliyi əhalinin razı salınması üçün xüsusi tapşırıq versə də, Cavid Qurbanov bu işdə də öz bildiyi kimi edib.

Bir neçə sot yerə bir neçə milyon kompensasiya verildiyi sənədləşdirilsə də, əslində ev sahiblərinə cəmi 5-10 min manat pul ödənilib, qalan vəsait isə “Azəryolservis” şefinin cibinə axıb..
Şef isə bu pulları ölkədə saxlamayaraq, xaricə köçürüb. Əks halda Cavid Qurbanovun xaricdəki çoxsaylı əmlakı və biznesi haradan yaranıb?

Daxil olan məlumatlara görə, onun Avstriyanın paytaxtı Vyana şəhərində bir neçə bahalı mülkü var. Bundan başqa, Slovakiya, Türkiyə və Gürcüstanda biznesləri mövcuddur.

O da qeyd olunur ki, yolçəkən rəis qazandığı haram pulları qorumaq üçün, özünə qarşı yaranacaq hansısa təhlükəni uzaqlaşdırmaq, gələcəkdə rahat həyatını təmin etmək üçün evlənmək qərarına gəlir.

Fürsətdən istifadə edib müvafiq orqanlara müraciət etmək istərdik ki, bu kütləvi yeyinti hallarını qanun çərçivəsində araşdırsınlar və günahkarları cəzalandırsınlar.

Gələcəkdə dövlət məmurlarının bu tipli yeyintiləri ilə bağlı araşdırmalarımız davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...