Əkbər Vəliyevin həbs olunmasının - Səbəbi

Əkbər Vəliyevin həbs olunmasının -


Bir neçə gün öncə İnterpolun “qırmızı xətti” ilə axtarışa verilərək İspaniyada həbs olunan Əkbər Məhəmməd oğlu Vəliyev “Global Construction” şirkətinin əməkdaşı olub.

GUNDEMINFO.AZ-ın məlumatına görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xəbərdə deyilir ki, Ə.Vəliyev Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında bu il mayın 19-da, saat 11 radələrində baş vermiş və 14 nəfərin ölümünə səbəb olmuş yanğında təqsirləndirilir. Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Ə.Vəliyev barəsində Cinayət Məcəlləsinin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Baş Prokurorluqdan bildirilib ki, Ə.Vəliyevin həbs edilməsi faktı üzrə rəsmi informasiya yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov hadisədən dərhal sonra həbs olunmuşdu. Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Əkbər Vəliyev son 4 il ərzində İspaniyanın Jirona əyalətində yaşayıb və buradakı “Pivani Conctruction” şirkətində çalışıb. Bu şirkət daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşıb.


Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 56 insan xəsarət alıb. Prezident İlham Əliyev hadisəni dərhal nəzarətə götürərək bununla bağlı komisiya yaradılmasına göstəriş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Hadisəni araşdırmaq üçün Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...