Bu gün Türkiyə millisi son savaşına çıxır - hədəf Avro-2016-dır

Bu gün Türkiyə millisi son savaşına çıxır -


Bu gün “Avro-2016”nın seçmə mərhələsinə yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutacaq.


A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edəcək. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaq.

Hollandiya millisi də evdə Çexiyanı məğlub etməklə bu şansa yiyələnə bilər. Lakin bunun üçün Türkiyə yığması İslandiya ilə oyunda xal itirməlidir. Bu qrupun digər matçında Latviya Qazaxıstanı qəbul edəcək.

B qrupunda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan iki komanda - Belçika və Uels son matçını evdə keçirəcək. Belçika öz meydanında İsraili, Uels isə Andorranı qəbul edəcək. Bu qrupda əsas mübarizə üçüncü yer uğrunda gedir. Hazırda üçüncü pillədə qərarlaşan Bosniya və Hersoqovina yığması səfərdə Kiprin qonağı olacaq.



13 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, son tur


A qrupu

23:45. Türkiyə - İslandiya

23:45. Hollandiya - Çexiya

23:45. Latviya - Qazaxıstan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...