3 erməni hərbçisi məhv edilib

3 erməni hərbçisi məhv edilib
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində azı 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.

“Report” “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...