Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin olunub

Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin olunub
Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

GUNDEMİNFO.AZ xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

O, “Modern Group of Companies”, “PMD Group”, “Agro Food Investments” MMC-lərdə rəhbər vəzifələrdə işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...