Fərid Qayıbova üsyan etdilər - nazirə qarşı etiraz

Fərid Qayıbova üsyan etdilər -
Azərbaycanın gənclər və idman naziri Fərid Qayibovun Formula 1 yarışlarının daha 3 il uzadılmasına dair sosial şəbəkədə yazdığı status əks reaksiyaya səbəb olub.

Gundeminfo.az ununsesi.info-ya istinadən xəbər verir ki, nazirin “Formula 1 ilə tərəfdaşlığımızı növbəti üç il ərzində uzatmaqdan məmnunam” paylaşımına yüzlərlə sosial şəbəkə istifadəçisi sərt reaksiya verib.

Xüsusilə, Bakıda yollların durumuna diqqət çəkən insanlar bu yarışların sadə insanlara problem və əsəb yaşatdığını bildirib.

Həmçinin, müharibədən çıxan Azərbaycanda qazilərin ciddi sosial təminata ehtiyacı olduğunu yazanlar ölkə büdcəsindən on milyonlarla vəsaitin bu məqsədlə xərclənməsini tənqid edib.

Qeyd edək ki, nazirin paylaşımına yazılan tənqidi rəylərin çoxu sonradan silinib.

Fərid Qayıbova üsyan etdilər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...