Kür-Bakı su kəmərində qəza oldu - 3 rayon susuz qaldı

Kür-Bakı su kəmərində qəza oldu -

Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözü gedən rayonların və şəhərin əhalisi susuz qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub. Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...