Şirkətlər DİN-i aldatmağa cəhd etdilər – Üstü açıldı...

Şirkətlər DİN-i aldatmağa cəhd etdilər –
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 16.03.2022-ci il tarixli “3-21-1/2-4550/2023” saylı məktubuna əsasən ləğv olunub.
Bildirilir ki, tenderin ləğv edilməsinin səbəbi tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar (sahibkarlar) arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə olub və bu səbəbdən də tender ləğv edilib.
Qeyd edək ki, tenderdə hansı şirkətlərin, ya da fərdi sahibkarların iştirak etdiyi barədə məlumat verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...