Ləğv edilmiş müəssisəyə 9,6 milyon ayrılıb? – Açıqlama

Ləğv edilmiş müəssisəyə 9,6 milyon ayrılıb? –
“Bəzi kütləvi informasiya vasitələrində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) fəaliyyəti ilə bağlı Hesablama Palatasının təhlilinə istinad olunan, lakin situativ kontekstdən kənar və subyektiv formada məlumatlar dərc edilib. Həmin məlumatlarda ƏMDX-nin fəaliyyətində əldə olunmuş müsbət tendensiyalar diqqətdən kənarda saxlanılmaqla, onun sərəncamında olan müəssisələrin bir çoxunun fəaliyyətsiz olması, özəlləşdirmə prosesinin düzgün təşkil edilməməsi və kreditor borclarının artması səbəbindən əmlak satışından büdcənin gəlirlərinin azalması, özəlləşdirmədən daxilolmalar üzrə borcların artması, restrukturizasiya və inventarizasiya işlərinin aparılmaması, o cümlədən ləğv edilmiş müəssisələrdən birinə 9,6 milyon manat vəsaitin ayrılması kimi mülahizələr önə çəkilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ƏMDX-nin yaydığı məlumatda bildirilib.
“Azərbaycan Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamına əsasən, uzun müddət özəlləşdirməyə açıq olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və Nazirlər Kabinetinə zəruri tədbirlərin görülməsi, eləcə də bütövlükdə bu Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırığı verilib.
Sərəncamın icrasının təmin edilməsi məqsədilə “AzərGold” QSC-nin 100% təsisçiliyi ilə “Daşkəsən Dəmir Filiz” MMC yaradılıb. Əvvəlki müəssisənin əmlakları isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “Daşkəsən Dəmir Filiz” MMC-yə satılıb. MMC-nin fəaliyyətinin dəstəklənməsi üçün zəruri maliyyə vəsaiti (9,6 mln. manat) dövlət müəssisəsinin sağlamlaşdırılması və bu sahədə restrukturizasiyanın başa çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin təklifi və Maliyyə Nazirliyinin razılığı əsasında mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2021-ci il tarixli 528s nömrəli Sərəncamı ilə ayrılıb.
Nəzərə alınmalıdır ki, mövcud qanunvericilikdə və hər hansı digər normativ hüquqi aktda yalnız özəlləşdirməyə açılmış dövlət müəssisələrinin sağlamlaşdırılmasına və restrukturizasiyasına vəsaitin ayrılması üçün məhdudiyyət müəyyən edilməyib”, - məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...