Bəxtiyar Sadıqovun gizli "Azərbaycan"ı

Bəxtiyar Sadıqovun gizli "Azərbaycan"ı

"Azərbaycan" qəzetininin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib ki, qəzetdə kollektivin əmək haqqını verə bilmir. Qəzet bağlanacaq. Ölkə ictimayyəti bu gün demək olar ki, bu məsələyə münasibət bildirib. Müxtəlif rəylər var. Bir qrup insan ümumiyyətlə rəsmi qəzetlərin mövcudluğunun əleyhinədir. Hazırda dövlət büdcəsindən maliyyəıəşən 4 qəzet var. "Azərbaycan", "Respublika", "Xalq" və "Bakinski Raboçi". Bu qəzetlərin kağızla təminatı baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən həyata keçirilir. Əldə edə bildiyimiz son məlumata əsasən baş nazirin imzaladığı sənədə görə "Azərbaycan" qəzetinə illik nəzərdə tutulan 2100 nüsxə üçün 148 ton kağız ayrılıb. Qəzetin hər birinin 10 səhifə olması nəzərdə tutulub. Lakin bu günə qədər "Azərbaycan" qəzetində mal və məhsulların satınalınması, xidmət və sair istiqamətlər üzrə audit tədbirlərinə dair biir cümlə də tapmaq mümkün deyil.
Yəni Bəxtiyar Sadıqovun dediyi kimi 65 nəfərlik kollektivdə çalışan insanların hansı vəzifədə olmasından başlamış, qəzet kağızı alınmasına qədər, icarə haqlarının ödənilməsinə qədər büdcə vəsaitlərinin sərf edilməsi haqqında maliyyə hesabatı yoxdur.
İndi hər kəsi düşündürən sual odur ki, "Azərbaycan" qəetindəki 65 ştat vahidi hansılardır? Ümumiyyətlə bu ştat vahidlərinə ehtiyac varmı?
Və yaxud da, kağız alınması, cari xərclər necə istifadə edilib? Əlbəttə ki, bu açıqlamaları əldə etmək üçün Milli Məclisin maliyyə audit tədbirləri haqqında informasiyalar əlçatan olmalıdır. Lakin sonuncu dəfə Milli Məclisdə büdcə vəsaitlərinin istifadəsinin vəziyyətinə dair nə zaman audit tədbiri keçirilib bu, barədə də informasiyaya rast gəlmədik.
Bəxtiyar Sadıqovun gizli "Azərbaycan"ı

Bizə məlum olan fakt odur ki, büdcəsindən Milli Məclisə 42 milyon 6 min 822 manat vəsait ayrılıb.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi zərfi”nə daxil olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, bu vəsaitin 34 milyon 611 min 006 manatı əməyin ödənişinə, 6 milyon 267 min 316 manatı malların (işlərin və xidmətin) satınalınmasına, o cümlədən, 1 milyon 050 min 000 manatı ezamiyyə xərclərinə, 90 min 167 manatı bank və plastik xərclərinə və s. ayrılıb.
Burada Milli Məclisin əsas xərclərinin əməyin ödənişidirsə, o zaman "Azərbaycan" qəzetinin də əsas maliyyə xərclədiyi yer işçilərə maaş verməkdən ibarətdir.
Əgər Milli Məclis "Azərbaycan" qəzetində dəftərxana xərclərindən tutmuş, ezamiyyə xərclərinə qədər büdcə vəsaitlərinin istifadəsinə dair audit həyata keçirərsə, o zaman bizə də çox gizli məqamlar aydın olar. O zaman Bəxtiyar Sadıqovun dediyi kimi 65 nəfər işçi kimdir, niyə əmək haqqı alır? O işçilərə məzuniyyət və ezamiyyət xəərcləri necə verilir? Ümumiyyətlə verilirmi? Qəzet üçün ayrılan kağız necə istifadə edilir? Ümumiyyətlə çap edilən "Azərbayycan" qəzetinin təsdiq edilmiş standartlara uyğundurmu? Çəki, kağız və rəng keyfiyyəti baxımdan...
Ortada olan fakt odur ki, audit tədbiri, yoxlama aparmaqla "Azərbaycan" qəzetini bağlamaq yox, islahatlar apararaq, təkminləşdirmək və dövlətin qapısında yarı şantaj, yarı ağlaşma xarakterli çıxış etməyə ehtiyac olmaz.

Razi ABASBƏYLİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...