Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutdu

Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutdu
Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

GUNDEMİNFO.AZ “Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...