SOS! Azərbaycan neft-qaz hasilatı sürətlə azalır

SOS! Azərbaycan neft-qaz hasilatı sürətlə azalır
"Azərbaycanda neftlə yanaşı kondensat hasilatı da azalmağa başlayıb, neft həcmləri isə mayda illik intervalda 3,56 mln ton azalıb.

AR Energetika nazirliyinin açıqladığı məlumata görə, Azərbaycanda neft hasilatı ilin əvvəlindəön gündəlik orta göstəricilər əsasında 6,2% və ya 33 min barel azalıb.
Əgər 2023-cü ilin mayında gündəlik 500 min barel neft hasil edilmişdisə, düz 1 il əvvəl bu göstərici 571,3 min barel idi. Yəni mayda hasilat ötən ilin eyni zamanı ilə müqayisədə 12,5% azalıb. 71,3 min barel azalma bilirsiniz nə deməkdir? Yəni il ərzində azalma 3,56 mln ton olub".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu ekspert İlham Şaban deyib. Ekspeet eynizamanda rəs mi statistik məlumatlara da diqqət çəlib:
SOS! Azərbaycan neft-qaz hasilatı sürətlə azalır

"Soruşa bilərsiniz ki, axı Dövlət Statistika Komitəsi neft həcmlərinin cari ilin 4 ayının yekunlarına görə həcminin 8% azalmasını göstərir. Bəli, doğrudur, amma orada kondensat hasilatı da daxildir bu həcmlərə. Amma Energetika nazirliyi neft və kondensat hasilatını ayrı ayrılıqda qeyd edir. Bu baxımdan ötən ilin mayı ilə müqayisədə kondensat hasilatı 4,9% artıb. Amma maraqlı ola budur ki, Azərbaycanda cari ilin mayında kondensat hasilatı yanvarla müqayisədə gündəlik olaraq 7 min barel azalaraq 112 min barel təşkil edib".

Ekspert son olaraq o qənaətə gəlib ki, cari ilin əsasən aprel-may aylarında kondensat hasilatının xeyli azalması müşahidə edilib.

"BP-nin statistikasına müraciət etsək, cari ilin I rübündə "Şahdəniz" yatağından kondensat hasilatı gündəlik təqribən 100 min barel təşkil edib və ötən illə müqayisədə dəyişiklik olmayıb. Deməli, SOCAR-ın balansında olan yataqlarda cari ilin əsasən aprel-may aylarında kondensat hasilatının xeyli azalması müşahidə edilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...