Priqojin: "Mülki əhalinin getdiyi kolonları vururlar"

Priqojin: "Mülki əhalinin getdiyi kolonları vururlar"

"Vaqner" özəl hərbi təşkilatın yaradıcısı Yevgeni Priqojin bildirib ki, heç kim nə prezidentin, nə FSB-nin, nə də başqasının tələbi ilə təslim olmaq fikrində deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə Y.Priqojinin mətbuat xidməti müvafiq səs yazısını dərc edib.

"Vətənə xəyanət”lə bağlı - prezident çox yanılıb. Biz ölkəmizin vətənpərvərləriyik, döyüşmüşük və döyüşürük, "Vaqner” özəl hərbi şirkətinin bütün döyüşçüləri. Və kimsə nə prezidentin, nə FSB-nin, nə də başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Çünki biz istəmirik ki, ölkə korrupsiya, yalan və bürokratiya içində yaşamağa davam etsin.

Afrikada döyüşəndə bizə Afrikaya ehtiyacımız olduğunu söylədilər - sonra onu atdılar, çünki yardıma getməli olan bütün pulları oğurladılar.
Bizə deyəndə ki, Ukrayna ilə müharibə edirik, gedib döyüşdük. Amma məlum oldu ki, döyüş sursatına, silaha yatırılan bütün pullar da oğurlanır, məmurlar isə oturub özləri üçün qənaət edirlər, sırf bu gün baş verən iş üçün. Birdən kimsə Moskvaya gələr.

İndi heç nəyə qənaət etmirlər. Təyyarələr və helikopterlərlə mülki əhalinin getdiyi kolonları vururlar. Mülki vətəndaşları vururlar, çünki dəqiq vura vurmurlar. Ağızları gələn yerə vururlar.

Ona görə də biz vətənpərvərik və bu gün bizə qarşı çıxanlar isə əclafların ətrafına toplaşanlardır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...