Ölkədə dərman qıtlığı yaşanır - nazir müavini səbəbini açıqladı

Ölkədə dərman qıtlığı yaşanır -
“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”.

GUNDEMİNFO.AZ “Report”-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklərin II oxunuşda müzakirəsində deyib.

Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir: “Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”.

O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...