Saatlıdakı "Xəyal" şadlıq sarayından narazılıq - VİDEO
Saatlı rayon Mollavaizli kənd sakini Asim Əliyev tərəfindən GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət daxil olub. Vətəndaş iddia edir ki, yaşadığı Saatlı rayonunda yerləşən "Xəyal" şadlıq sarayı qanunsuz fəaliyyət göstərir. O vətəndaş sorğularına aldığı cavabları da bizə təqdim edərək əlaqədar qurumlara müraciət ünvanlayıb.
Həmin müraciəti təqdim edirik:
- Sahibkar öz şadlıq sarayını şəhid anasının adına keçirərək qanunsuz işlərinin üzərini ört basdır etmək və mənə təziq göstərmək istəyir! Ölkəmizdə fəaliyyət göstərən şadlıq sarayları ictimai iaşə obyekti hesab edilir və hər bir vətəndaş şadlıq sarayının fəaliyyətində qanun pozuntularının olub olmaması barədə qanuni formada araşdırma apara bilər ki, bu da istehlakçı olaraq bizim hüququmuzdur. Çünkü bu şadlıq saraylarında biz və bizim yaxınlarımız toylarda iştirak edirik. Belə ki, mən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir çox dövlət qurumlarına Saatlı rayonu H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq sarayının fəaliyyəti ilə bağlı informasiya sorğusu ünvanlamışam. Mənim sorğuma verilən cavabları sizin diqqətinizə çatdırıram. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğuma verilən cavabda qeyd edilib ki, Saatlı rayonu H.Əliyev prospekti 58 ünvanında yerləşən “Xəyal” şadlıq sarayına dair Tikintilərin Dövlət reyestrində hər hansı məlumat yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğuma verilən cavabda qeyd edilib ki, “Xəyal” şadlıq sarayında 22.10.2022-ci il tarixində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının müəyyən edilməsi üçün ölçmə işləri aparılmış və nəticənin ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən olunmuşdur.
Bununla bağlı “Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar Hüseyn oğlu barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat miqdarında cərimə tətbiq edilmiş və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilmişdir. Cərimə qərarı könüllü ödənilmədiyi üçün məcburi icra olunması məqsədi ilə Saatlı rayon İcra və
Probasiya şöbəsinə göndərilmişdir.
Qida Təhlükəsizliyi Agentliyindən sorğuma verilən cavabda qeyd edilir ki, Agentlik tərəfindən Saatlı rayonu, H. Əliyev prospekti 56 ünvanında fəaliyyət göstərən "Xəyal" şadlıq evində 10.11-14-11.2022-ci il tarixində yoxlama keçirilmişdir. Yoxlama zamanı qida ilə təmasda olan obliqat qrupuna daxil olan şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçmədiyi və tibbi arayışla təmin olunmadığı, mətbəx sahəsinin sanitar-gigiyenik ye sanitar texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu və şadlıq evində təqdim edilən qidaların müşayiətedici sənədlərinin mövcud olmadığı müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı “Xəyal” şadlıq evinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional
Dövlət Yanğın Nəzarəti İdarəsindən sorğuma verilən cavabda qeyd edilir ki, “Xəyal” şadlıq sarayının istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə müvafiq qaydada razılaşdırılmayıb, yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri ilə tam təchiz edilməyib, elektrin təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun olaraq istismar olunmur, yanğın zamanı insanların köçürülməsi üçün təxliyə planı tərtib edilməyib, çardaq hissənin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılması barədə akt mövcud deyil, yanğın təhlükəsizliyinin təmin edilməsi dair yanğına qarşı rejim müəyyən edilməyib, yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb, obyektin ərazisində hidrant və yanğın su hovuzu mövcud deyil və tüstüyə qarşı müdafiə sistemi ilə təmin edilməyib. Belə ki, Saatlı rayonu H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq sarayı ilə bağlı mənə bir verilmiş bütün cavablardan məlum olur ki, bu şadlıq sarayında heç bir şey qaydasında deyil. “Xəyal” şadlıq sarayı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatda deyil, Ekoloji olaraq ətraf mühitə zərər verir, Qida təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var və ən əsası isə Yanğın təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var. Bəs bu şadlıq sarayı necə fəaliyyət göstərir? “Xəyal” şadlıq sarayında yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı
müəyyən edilir. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə
genişlənərək faciəni qaçılmaz edə bilər. Məhz bu səbəbdən də mən Fövqəladə Hallar Nazirliyinə müraciət edərək bu şadlıq sarayının fəaliyyətinin dayandırılmasını xahiş etdim. Hələki müraciətimə düzgün baxılmadığı üçün aidiyyatı üzrə şikayət etmişəm. Çünkü bu şadlıq sarayında toy zamanı baş verə biləcək yanğın hadisəsində çox sayda insan tələfatı ola bilər. Buna göz yumaq?
Lakin mənim bu müraciətimdən sonra “Xəyal” şadlıq sarayının sahibi, sahibkar Hüseynov Bəxtiyar Hüseyn oğlu təcili olaraq “Xəyal” şadlıq sarayını keçirdi şəhid
anasının adına (həmin şəhid anası onun yaxın qohumudur, adını qeyd etmək istəmirəm). Səbəb isə bu qədər qanun pozuntusunun üzərini ört-basdır etmək və
cərimələri ödəməmək idi. Bu şəxs fikirləşir ki, əgər şadlıq sarayını şəhid anasının adına keçirsə qanunsuz işlərini davam etdirə bilər və ona kimsə gözün üstə qaşın
var deməyəcək. Mən şəxsən eşitdikdə Bəxtiyar, öz şadlıq sarayını şəhid anasının adına keçirib çox sevindim ki, şəhid ailəsi də buradan xeyir görər, sonra öyrəndim
ki öz yaxın qohumudur. Adama deyərlər əgər belə şəhid ailəsi düşünən adamsansa nəyə görə onların evləri qəzalı vəziyyətdə olanda ev tikmirdin və həmin şəhid
anası efirə çıxıb cənab Prezident İlham Əliyevə müraciət edirdi?
https://www.youtube.com/watch?v=-nVR2uQQKHo (həmin müraciət)
Əlbətdə ki, mən bu məsələni bu qədər ictimailəşdirmək fikrində deyildim. Lakin mənə zəng gəldi ki, səndən şikayət var Saatlı rayon Prokuroru səni çağırır. Bir neçə
gündən sonra isə məni Saatlı rayon Polis Şöbəsinin təhqiqatçısı şöbəyə dəvət etdi. Səbəb isə “Xəyal” şadlıq sarayının sahibkarı olan şəhid anasının məndən şikayət
etməsi idi. Təbii ki, şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn məktubda “Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar
Hüseyn oğlu olaraq qeyd edilib. Təkrar qeyd edirəm ki, bütün bu qanunsuz əməllərini ört-basdır etmək üçün təcili olaraq şadlıq sarayını keçirdi qohumu olan
şəhid anasının adına və sonra da həmin şəhid anasının adından məndən şikayət olundu. Əminliklə deyə bilərəm ki, həmin şəhid anasının edilən şikayətdən xəbəri
belə yoxdur, sadəcə olaraq sahibkar Hüseynov Bəxtiyar Hüseyn oğlu şəhid anasının əli və hüquq-mühafizə orqanlarının vasitəsi ilə mənə qarşı təziqlər
göstərmək istəyir ki, mən şikayətlərimi dayandırım.
Dövlət qurumlarının verdiyi cavablardan açıq-aşkar görünür ki, “Xəyal” şadlıq sarayında hər sahədə qanunsuz hallar var və ən əsası da qida və yanğın
təhlükəsizliyi sahəsində olan ciddi nöqsanlar sabah faciə ilə nəticələnə bilər. Əgər bu faciə zamanı insan tələfatı olarsa buna görə cavabı kim verəcək? Əgər mən
bugün istehlakçı olaraq tam qanuni formada şikayət edərək şadlıq sarayının bağlanmasını istəyirəmsə bu mənim hüququmdur. Burada heç bir qanunsuz hal
yoxdur. O zaman bütün sahibkarlar öz bizneslərini şəhid ailəsinin adına keçirib istədiyi qanun pozuntusunu edə və cərimələri ödəməyə bilər fikri yaranır. Əgər bir
sahibkar şəhid anasının adından istifadə edərək etdiyi qanun pozuntularını örtbasdır etmək və sadə bir vətəndaşa təziq göstərmək istəyirsə buna deyiləcək sözüm
yoxdur. Ümüd edirəm ki, aidiyyatı qurumlar bu şəxs barədə qanuni ölçü götürəcək. Bu müraciətimə görə məsuliyyət mənə aiddir və buna görə də medai
nümayəndələrindən xahiş edirəm bu müraciətimi saytlarda işıqlandırsınlar. Müraciətimdə bəhs etdiyim bütün dövlət qurumlarının məktublarını əlavə edirəm.
GUndeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
840 dəfə oxundu