Saatlı GEM-də 8 gündə 24 işçi yoxa çıxıb - FAKT

Saatlı GEM-də 8 gündə 24 işçi yoxa çıxıb -


Mən dəfələrlə Saatlı rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru Vəli Məmmədova informasiya sorğusu ünvanlasam da sorğuma tam düzgün cavab ala bilməmişəm. Təsəvvür edin 2022-ci ildən bu günə qədər Saatlı GEM-in direktörü Vəli Məmmədov mənim mənim sorğuma düzgün cavab vermir.

Bunları GUNDEMİNFO.AZ-a Saatlı rayon sakini Asim Əliyev ünvanladığı müraciətində qeyd edir. Daha sonra bir neçə dövlət qurumuna müraciət etdiyini bildirən vətəndaşa yolladığı məktublar arasında uyğunsuzluqlar ortaya çıxdığı məlum olur.

- Bununla bağlı Ombudsmanın Aparatı da dəfələrlə Saatlı GEM-in direktoru Vəli Məmmədovdan düzgün cavab tələb etsə də hələ də düzgün cavab verilməyib. Saatlı GEM-in direktoru 2022-ci ilin dekabr ayında informasiya sorğusuna iki cavab məktubu göndərmişdir ki, həmin cavab məktubunun birində işçilərin sayı 76 nəfər digərində isə 52 nəfər göstərilir.
Belə ki, 21 dekabr 2022-ci il tarixli 864 saylı cavab məktubunda qeyd edilir ki, ştat üzrə işçi sayı 76 nəfərdir (1-ci cavab), lakin 8 gündən sonra 29 dekabr 2022-ci il tarixli 870 saylı cavab məktubunda göstərilir ki, 52 nəfərdir (tək-kək ştat üzrə yazılıb və cəmini hesabladıqda 52 nəfər olur 1-ci
cavab).
Çox maraqlıdır ki, 8 gün ərzində idarədə 24 nəfər işçi necə “yoxa çıxdı”?
Fikrimcə media nümayəndələri araşdırıb bu suala cavab tapa bilər.
Bu məsələ ilə bağlı dəfələrlə Respublika GEM-in baş direktoru xanım Sara Həsənovaya müraiətlər etsəm də cavab ala bilməmişəm. Ombudsmanın Aparatı da Vəli Məmmədov mənim sorğuma cavab vermədiyi üçün 9 iyun 2023-cü il tarixində Respublika GEM-in Baş Direktoru xanım Sara Həsənovaya müraciət etsəm də bu günə qədər cavab ala bilməmişdir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaq bahasına belə olsa
Saatlı GEM-in direktoru Vəli Məmmədov işçilərinin siyahısını, görəcəyi işlərə dair tədbirlər planını, Respublika GEM-ə verdiyi hesabatı və.s digər informasiyaları
verməkdən yayınır. Bir idarə rəhbəri nə üçün işçiləri barədə məlumatı gizlətsin ki?
Necə olur ki, ölkənin baş naziri Əli Əsədov cənab Prezident İlham Əliyevə hesabat verir və bu hesabat bütün mediada yayımlanır, lakin Saatlı GEM-in direktörü Respublikas GEM-ə verdiyi hesabatı gizlədir. Bu şəxs özünü cənab Prezidentdən
üstün mü hesab edir? Vəzifəli şəxs olaraq çıx Saatlı rayon Camaatının qarşısında hesabat ver görə Saatlı GEM ümumiyyətlə nə işlə məşğuldur?

Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...