FHN-də Valid Quliyev kimdir? - işçilərin təqaüd pulları niyə verilmir?

FHN-də Valid Quliyev kimdir? -


Şabran sakini Tahir Nəsirov GUNDEMİNFO..AZ-a müraciət edib. Tahir Nəsirov Fövqəladə Halllar Nazirliyindən şikayəətçidir.

“Mən 2001-ci ilin noyabr ayının 1-dən FHN-nin Yanğından Mühafizə İdarəsinin Vixr-8 tipli gəmisində işə düzəlmişəm. 2022-ci ilin avqustun 16-da təqaudə çıxmışam. Təqaüdə çıxan zaman mənə 6 aklad və altı rütbə pulunu Əmircan qəsəbəsində yerləşən müvafiq idarədə, idarə rəisi Valid Quliyev tərəfindən mənimsəniliib. Biz idarəyə dəvət olunduq və bizə ööz istədikləri kimi ərizə yazdırmağa çalışdılar. Mən də həmin ərizəni yazmaqdan imtina etdim. Mənim əvəzimdən özləri ərizə yazaraq Fövqəladə Halllar Nazirliyinə yollayıblar. Bundan sonra da biz 6 aklad və 6 rütbə pulunu ala bilmədik. Tək mən deyiləm, məndən başqa 50-60 nəfərə qədər şəxs var ki, onlar da nəzərdə tutulan təqaüdə çıxma pulunu ala bilmir. Bir Qarabağ veteranı olaraq xahiş edirəm ki, mənə köməklik göstərəsiniz” deyə Tahir Nəsirov müraciətində qeyd edir.
Möövzu ilə bağlı araşdırmalarımız davam edir. FHN-nin mövqeyini dinləməyə hazırıq. Eyni zamanda Valid Quliyevin də iddialarla bağlı açıqlamasını yayımlamağa hazırıq.

ƏTRAFLI GUNDEMİNFO.TV-nin sujetində:

FHN-də Valid Quliyev kimdir? -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...