"Qarabağda 6 aydır tikinti işləri zəifləyib" - İş adamı Qalib Təhhməzov - AUDİO

"Qarabağda 6 aydır tikinti işləri zəifləyib" -
Saytımızda 12 iyul 2023-cü il tarixində “SC Construction”un rəhbəri sahibkarları BELƏ ALDADIB...” adlı yazı dərc olunmuşdu.

Bu yazıda sahibkarlar iş adamı Qalib Təhməzovdan şikayət edirdilər və illərdir ki, RS Constructiondan pullarını ala bilmədikləriini qeyd edirdilər.

Sahiibkarların bu iddialarını yayımladıqdan sonra Qalib Təhməzov redaksiyamıza müraciət edərək mövqeyini yayımlamağğımızı xahiş etdi. O eyni zamanda etiraf edirdi ki, həqiqəətən də sahibkarlara borcludur. Və borclu olmağının da səbəbi kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 37 saylı Yol İstismar İdarəsi Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti ilə tikintiyyə dair razılaşma əldə ediblər. Bundan sonra isə subpodratçı olaraq RS Construction müqavilə imzalayaraq Laçın və Qubadlıda yeni avtomobil yollarının inşasına dair razılığa gəliblər. RS Constructionun rəhbəri Qalib Təhməzov deyir ki, 2022-ci ilin sonlarından etibarən tək onlarla deyil, demək olar ki, işğğaldan azad edilən ərazilərdə işləyən bütün sahibkarların nəzərdə tutulan vəsaitləri alması problemə çevrilib.

İş adamı qeyd edir ki, 2022-ci ilin sonlarına qədər Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti ilə də, Qarabağda işləyən başqa şirkəətlərin də heç bir madii problemi olmayıb. Amma indi demək olar ki, bütün şirkətlərin problemi var. Bu səbəbdən də bir ilə yaxındır ki, problemlə üzləşiblər və sahibkarlarla aralarında borc yaranıbb.

Qalib Təhməzovun GUNDEMİNFO.AZ-a ünvanladığı mövqeyini, eyni zamanda onun sahibkarlara borclu olması ilə bağlı audio-müsahibəsini də sizlərə təqdim edirik:


- Nəzərinizə çatdırım ki, dərc etdiyiniz müraciətdə mənə ünvanlanan ittihamlar həqiqəti əks etdirmir və böhtan xarakterlidir.
Müraciətdə deyilir ki, “... yaranmış etibardan sui-istifadı edən “SC CONSTRUCTİON” MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib”. Bildirirəm ki, heç bir əsası olmayan, tamamilə böhtan xarakterli yanlış iddiadır.
İlk növbədə qeyd edim ki, “SC Construction” MMC həqiqətən də yol tikintisi ilə bağlı bir sıra sahibkarlarla müqavilələr bağlamışdır. Həmin müqavilələr çərçivəsində öhdəliklər yerinə yetirildikcə görülmüş işlərə görə ödənişlər həyata keçirilir. İndiyədək bir neçə dəfə ödənişlərin yubadılması halları olmuşdur, lakin yubanmalara baxmayaraq ödənişlər həyata keçirilmişdir. Ödənişlərin yubanması “SC Construction” MMC-nin günahı ucbatından baş verməmiş, müraciətdə də göstərildiyi kimi Polat şirkəti ilə “SC CONSTRUCTİON” MMC arasınada bağlanmış 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə Polat şirkəti tərəfindən pul vəsaitlərinin köçürülməsinin yubadılması səbəbindən baş vermişdir.

Nəzərinizə çatdırım ki, hazırda da “SC Construction” MMC-nin müqavilə çərçivəsində görülmüş işlərə görə bir sıra şəxslərə borcu yaranmışdır. Biz həmin vəsaitləri ödəməli olduğumuzu inkar etmirik və bu öhdəliyimizin yerinə yetirilməsinin vacibliyini anlayırıq. Lakin onu da qeyd edək ki, həmin öhdəliyimizin yerinə yetirilməsi müqavilə tərəfdaşımız olan subpodratçı şirkət (Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti) tərəfindən görülmüş işlərə görə nəzərdə tutulmuş ödənişin həyata keçirilməsindən asılıdır.

Bir daha bildirmək istəyirik ki, “SC Construction” MMC öz müqavilə öhdəliklərinə sadiqdir və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə töhfə verməyə hər zaman hazırdır.

GUNDEMİNFO.AZ olaraq onu da əlavə edək ki, RS Conctructiondan şikayətçi olan sahibkarlar Qalib Təhməzovun dedikləri ilə razilaşmırlar.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...