Saatlıda rüşvət almaq üçün gənc müəlliməyə təzyiq edirlər
Elm və Təhsil Nazirliyi təkcə elmi, təhsili məhv etmir, həm də korrupsiyaya bulaşmış bir sıra Regional Təhsil İdarələrini himayə edir.
Təhsil sisteminin sağlamlaşdırılması üçün yaradılan Regional Təhsil İdarələrinin bir çoxu nazirlikdəki dostları ilə yeni rüşvət yolu tapıblar.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O konkret faktlarla Elm və Təhsil Nazirliyində rüşvət və korrupsiyanın tüğyan etdiyini də bildirib.
"Misal üçün, şagird sayı 500 - dən çox olan məktəblərə direktor təyinatları demək olar ki, şəffaf deyil. Yalnız RTİ-nin "xeyir-duasını" pulla almış şəxsləri bunlar öncədən komissiya üçün hazırlayaraq "uğur" qazanmasını təmin edirlər.
İndi daha da iyrənclik edir Mil-Muğan Regional Təhsil İdarəsi. Deməli, bu regional İdarə rəhbəri Rəşad Musayev Saatlı rayonunda yerləşən uşaq bağçasına kimdənsə pul alıb, hansı yolla olursa-olsun işə qəbul vədini verib. Gənc baxça müdiri də qanunvericilik aktlarına uyğun olaraq yeni işçi götürməyib, iş saatlarını mövcud olan işçiləri arasında bölüb.
Maraqlıdır ki, baxça müdiri öz problemlərini həll etmək üçün nazirlik, regional idarədə hamıya rəsmi məktub yazıb, qəbula yazılıb, amma Elm və Təhsil Nazirliyi, Regional Təhsil İdarəsi üçün qanunlar yox, təhsilin inkişafı yox, öz maddi maraqları üstün olub!".
GUNDEMİNFO.AZ üey edir ki, təhsil eksperti Nazirlik yanında İctimai Şuraya da sual ünvanlayıb: "İndi də təmiz işləyən gənc bir baxça müdirini şərləyib işdən azad etmək istəyirlər. Hanı o 200 min manat qrantı alıb ayaqyolu problemini həll edən İctimai Şura?
Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi bütün heyəti ilə Azərbaycan xalqına düşməndir".
508 dəfə oxundu