Bu gün MİDA güzəştli mənzilləri necə satdı? VİDEO
Məlumat verdiyimiz kimi bu gün, 29 iyul tarixində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin satışı həyata keçirildi.
Bu gün keçirilən satış prossesində bəzi narazılıqlar da sosial şəbəkələrdə ifadə edildi. Hətta prossesdə iştirak edən jurnalistlər də narazılıq ifadə etdilər. Bir qısm vətəndaş iddia edirdi ki, mənzillər 30 saniyə ərzində satılıb qurtarıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, mənzillərin satışı prossesində müşahidəçi qismində iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında prosesə münasibət bildirib. O, eyni zamanda prosesin video görüntülərini də paylaşı.
“Bu gün MİDA-nın növbəti onlayn satışı baş tutdu. Müşahidəçi olaraq iştirak etdim. MİDA yenə canlı yayım təşkil etməmişdi. Bəzi məqamları mən canlı yayımda göstərməyə çalışdım. 13 mindən çox iddiaçı aktiv görünürdü.
İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər.
Xatırladıram ki, ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu.
DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi. MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar olmadan yekunlaşdı.
Daha dəqiq məlumatları MİDA-nın yekun rəsmi məlumatından, log faylların açıqlanmasından sonra qeyd etmək mümkün olacaq.
Yeri gəlmişkən, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir. Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir.
Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər”, - O.Gündüz qeyd edib.
GUNDEMİNFO.AZ Osman Gündüzün paylaşdığı videoları təqdim edir:
428 dəfə oxundu