Taleh Qaraşovun qardaşı oğlu həbs olundu - Rəsmi

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu -
Xəbər verildiyi kimi iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Rayon prokurorluğundan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...